Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Blatter futboldan getdi,Platini davam

Blatter futboldan getdi,Platini davam

Date: 23 December 2015 10:29

Səkkiz il müddətində futboldan uzaqlaşdırılan FİFA prezidenti Yozef Blatter futbol fəaliyyətini bitirdiyini bəyan edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Blatter bunu ABŞ-ın “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib. “Mən futbolda fəaliyyətini yekunlaşdırdım. Mən təşkilatımıza olan inamımı 27 mayda, ABŞ hüquq-mühafizə orqanları fəaliyyətimizə müdaxilə etdiyi vaxt itirdim”, - deyə o, söyləyib.

 

Blatterlə eyni cəzanı alan UEFA prezidenti Mişel Platini də 8 il müddətinə futboldan uzaqlaşdırılması barədə FİFA İntizam Komitəsinin qərarını şərh edib: “FİFA-nın İntizam Komitəsi 2011-ci ilə kimi nə işlə məşğul olub? Yatırdı? Mənim FİFA prezidentliyinə namizəd olduğum vaxt ayıldılar? Bütün bunlar çox qəribədir. Mən mübarizəyə davam edəcəyəm. İstənilən halda, mənim reputasiyam ləkələnib. Mənim yolumu kəsib, Blatterlə eyni qaba qoydular”.

 

Qeyd edək ki, FİFA-nın intizam komitəsi bir neçə gün əvvəl Y. Blatter və UEFA rəhbəri Mişel Platininin 8 illiyə futboldan uzaqlaşdırıldığını elan edib.

 

Hər iki şəxs günahını inkar edir və FİFA-nın müvafiq komitəsinə, ardınca isə İdman arbitraj Məhkəməsinə apellyasiya şikayəti verməyə hazırlaşır.


Tags:  Blatter futboldan getdi Platini davam

RƏYLƏR


Top news