Eynulla Fətullayev ANS-ə getdi

Eynulla Fətullayev ANS-ə getdi
10:29 23 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist rəhbəri olduğu saytların da baş redaktorluğundan istefa verib

 

Azərbaycanın tanınmış jurnalisti Eynulla Fətullayev haqqın.az saytının baş redaktoru vəzifəsindən istefa verib. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, saytın yeni baş redaktoru postuna indiyədək haqqın.az-ın informasiya bürosuna rəhbərlik etmiş 22 yaşlı jurnalist Murad Səmədov təyin olunub.

 

E.Fətullayev haqqin.az, virtualaz.org və azeridaily.com saytlarının daxil olduğu "Haqqın.az" Açıq Səhmdar Cəmiyyətinə rəhbərlik edəcək.

 

O, saytların menecmenti və şirkətin reklam fəaliyyəti ilə məşğul olacaq, habelə haqqın.az-ın müəlliflərindən biri kimi yazılar yazacaq.

 

E.Fətullayev gələn aydan etibarən həm də ANS telekanalında yeni layihəyə start verəcək.

 

“Hələlik detallar barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, televiziyaya qayıtmağım maraqlı hadisə olacaq”, - deyə E.Fətullayev bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR