Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Arvadını öldürən şəxsin cəzası dəyişdirildi

Arvadını öldürən şəxsin cəzası dəyişdirildi

Date: 23 December 2015 10:29

 

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namik Məmmədovun şikayəti üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm dəyişdirilib.

 

N.Məmmədovun 2 il həbsxanada cəza çəkməsi müddəaları hökmdən xaric edilib.

 

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.

 

F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. N.Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib.

 

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə N.Məmmədova 18 il müddətinə azadlıqdan məhrum edilib.


Tags:  Arvadını öldürən şəxsin cəzası dəyişdirildi

RƏYLƏR


Top news