Dəhşət: Həyətə düşən qız anasının asılmış meyitini gördü

Dəhşət: Həyətə düşən qız anasının asılmış meyitini gördü
10:31 23 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən rayonunda intihar hadisəsi baş verib. 54 yaşlı qadın özünü asıb.

Balakən Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Poçtbinə kənd sakini, 1961-ci il təvəllüdlü Yatsi Əli qızı Saxrayeva özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb.

Onun asılı vəziyyətdə olan meyitini qızı həyətə girdiyində aşkarlayıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Dünyasını dəyişən qadın övladları Bakıda yaşadığı üçün intihar etdiyi evdə tək yaşayırmış.

Yasti Sarxayevanın son zamanlar xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Ölkəmizdə sonuncu intihar dekabr ayının 16-da Bakıda qeydə alınıb. 20 yaşlı qız özünü asıb.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.Allahverdiyev küçəsindəki hərbi şəhərcikdə yaşayan 1995-ci il təvəllüdlü Çiçək Zakir qızı Xəlilli yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. Onun asılmış vəziyyətdə meyitini ailə üzvləri səhər saatlarında aşkar ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR