Müğənni Lətifə Soyuöz ilk dəfə oğlu Ariflə kamera qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında bu yaxınlarda oğlunun 1 yaşının tamam olduğunu bildirib:
“Oğlum daha çox atasına bənzəyir. Amma mənim kimi kameranı çox sevir. Arifin yaşı artdıqca məsuliyyətim çoxalır. Əvvəl axşamlar gəzməyə çıxa bilirdim. Amma indi Arifin istəyi ilə hərəkət edirik".
Müğənni oğlu üçün mahnı oxuduğunu da bildirib:
“Bəstənin sözləri Yaşar Baxışa, musiqisi isə Günel Sərdarqızına aiddir. Adı isə “Eşq bu”dur”.
L.Soyuöz bu yaxınlarda yeni evinə köçdüyünü də vurğulayıb.