"Rabitəbank" ASC "Zolotaya Korona" pul köçürmələri xidmətinə qoşulur

"Rabitəbank" ASC "Zolotaya Korona" pul köçürmələri xidmətinə qoşulur
10:42 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

"Rabitəbank" ASC beynəlxalq pul köçürmələri olan "Zolotaya Korona" xidmətinin yeni iştirakçısı olmuşdur. "Zolotaya Korona" xidmət sisteminin yeni məntəqələri artıq Azərbaycanın 14 regionunda açılmışdır.

1993-cü ildə təsis edilmiş Rabitəbank ASC hazırda universal maliyyə institutudur və respublikanın iri bankları arasında öz mövqeyini tutmaqdadır. Bankın filial şəbəkəsi ölkənin, demək olar ki, bütün regionlarında 24 xidmət ofisindən ibarət olmaqla Bakı, Sumqayıt, Xırdalan, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Şirvan, Ağsu, Masallı və Ağcabədidə yerləşir.

Rabitəbank-ın müştəriləri sərfəli tariflə - 1%-dən (əməliyyatın məbləğ və istiqamətindən asılı olaraq) başlayaraq "Zolotaya Korona" ilə pul köçürmələrini MDB ölkələrinə və uzaq xaricə həyata keçirmək imkanını əldə etmişlər. Bundan başqa, bankda xüsusi təklif - "0% tarifi" qüvvədədir: xidmət məzənnəsi üzrə valyuta köçürməsinin konvertasiya ilə göndərilməsi zamanı xidmətə görə komissiya mövcud deyil. Köçürmələr ani, ünvansızdır, hesab açılmadan göndərilir.

"Rabitəbank ənənəvi olaraq kiçik və orta biznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmışdır, lakin universal kredit müəssisəsi kimi bankın strategiyası biznesin pərakəndə istiqamətinin hərtərəfli inkişafını da nəzərdə tutur.

"Rabitəbank artıq 22 ildir ki, Azərbaycanın maliyyə bazarında uğurla fəaliyyət göstərməkdədir. Bank aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın ən şəffaf 5 bankı sırasına daxil edilən, etibarlı və dinamik inkişaf edən maliyyə institutu kimi böyük nüfuza malikdir.

"Rabitəbank" ASC - hüquqi və fiziki şəxslər, xüsusi sahibkarlar üçün geniş spektrli bank xidmətləri təqdim edən universal bankdır. Hal-hazırda Rabitəbank-ın müştəriləri ticarət, istehsal, tikinti, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya sahələrində və iqtisadiyyatın digər sahələrində işləyən müəssisələrdir. Bank SWIFT banklararası ödəniş sisteminin, Visa International beynəlxalq ödəniş sisteminin, eləcə də Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Bankları Assosiasiyasının, Əmanətlərin Sığortalanması Fondunun iştirakçısıdır. Daha ətraflı məlumat üçün www.rabitabank.com daxil olun.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/392442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR