Pakistan mətbuatında Azərbaycana dair məqalə dərc olunub

Pakistan mətbuatında Azərbaycana dair məqalə dərc olunub
10:44 23 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Pakistanın diplomatik dairələrində böyük nüfuza malik “Centreline” jurnalı və “Diplomatic News Agency ” informasiya agentliyinin 23 dekabr buraxılışında tanınmış jurnalist, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO və Qafqaz üzrə mütəxəssis Mubasşar Əhməd Battinin “İlham Əliyev: Biz mədəni və tarixi irsimiz ilə fəxr edirik” adlı məqaləsi dərc edilib.

Lent.az-ın məlumatına görə, məqalədə bu ilin iyun ayında Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsindən, Azərbaycan idmançılarının oyunlarda ikinci yer tutmasından bəhs edilərək Azərbaycanın bu gün beynəlxalq arenada özünəməxsus yer tutduğu, regional miqyasda müsbət rol oynadığı, öz enerji təhlükəsizliyini tam şəkildə təmin etmiş Azərbaycanın bu gün Avropanı enerji ilə təmin olunması istiqamətində irimiqyaslı layihələr icra etməsi qeyd edilib.

Məqalədə deyilir ki, Azərbaycanın beynəlxalq arenada oynadığı rol dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və məhz bu səbəbdən Azərbaycan 155 ölkənin dəstəyini əldə edərək BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Pakistanlı jurnalist Azərbaycanın bu uğurlarını Heydər Əliyev və onun davamçısı İlham Əliyevin adı ilə bağlayıb.

Məqalədə məhz İlham Əliyevin 12 illik prezidentliyi dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyi, Davos İqtisadi Forumunun məlumatına görə Azərbaycanın qlobal rəqabətə davamlığa görə 38-ci sırada yer aldığı öz əksini tapıb.

Məqalədə Azərbaycanda yoxsulluq və işsizliyin 5 faizə qədər azaldığı, “qara qızılı insan kapitalına çevirək ” konsepsiyasının özünü doğrultduğu, yüzlərlə Azərbaycanlı gəncin dünyanın aparıcı təhsil mərkəzlərində təhsil aldığı, elmi, səhiyyənin inkişafında boyük inkişafın müşahidə edildiyi ifadə olunub.

M. Ə. Batti İlham Əliyevin rəhbərliyi dövründə nəqliyyat kommunikasiya sektorunun inkişaf etdiyini, Bakı –Tbilisi Qars nəqliyyat koridorunun iqtisadi-siyasi dividendlərini diqqətə çatdırmış, ölkəmizin Çinin təşəbbüsü olan İpək Yolunun İqtisadi Kəməri konsepsiyasına qoşulduğunu ,  Azərbaycanın dünyada artmaqda olan nüfuzunun bu ölkədə Avrovision 2012, “Formula Qaran Prix 2016”, İslam Həmrəyliyi Oyunları 2017, futbol üzrə Avropa Kuboku kimi oyunların keçirilməsinə zəmin yaratdığını bildirib.

Məqalədə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edilib.  

Jurnalist Pakistan və Azərbaycanın bir-birinin mövqeyini tam dəstəklədiyini qeyd edib.

Məqalənin sonunda Prezident Məmnun Hüseynin səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Pakistanın ali “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasının, Mehriban Əliyevanın gördüyü işlərin yüksək

qiymətləndirilməsi ilə yanaşı Pakistan xalqının Azərbaycan xalqına olan böyük sevgisinin ismarıcı olduğu bildirib.

Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

 

http://www.centreline.com.pk/ilham-aliyev-we-are-proud-of-our-cultural-and-historical-heritage/

http://www.dnanews.com.pk/ilham-aliyev-we-are-proud-of-our-cultural-and-historical-heritage/

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR