İlin ən cazibədar məşhur xanımları - FOTO

İlin ən cazibədar məşhur xanımları - FOTO
10:52 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu cazibədar xanımlar 2015-ci ilin seks-simvolu adına layiqdir.

Milli.Az oxu.az-a istinadən inanılmaz, seksual, cazibədar qadınların fotolarını təqdim edir.
 
İrina Şeyk

Planetdə ən məşhur tatar gözəl İrina Şeyk 2015-ci ildə bütün dünyanı ondan danışmağa məcbur edib, həm də dəfələrlə. O, ən məşhur futbolçudan ayrıldı. Onun adı ətrafında qalmaqal səngimək bilmir. L'Oreal konserni məhz onu öz siması etdi. 

Cey Lo

Cenifer Lopez nə edir? Niyə o, 46 yaşında 26 yaşında olduğundan daha gözəl görünür? Bu, sadəcə eyham deyil, birbaşa faktın qeyd edilməsidir. Müğənni heç bir zaman belə gözəl görünməyib!  

Kendis Sveynpol

"Victoria's Secret"in ən əsas sarışını və "mələyi" bu il dəfələrlə soyunub, onun uğursuz rakursdan çəkilən şəkli yoxdur. 

Brendin bütün reklam kampaniyaları bunu sübut edir.

Marqo Robbi 

O, "Uol-strit canavarı" filmində baş qəhrəmanın həyat yoldaşı rolunu oynadıqdan sonra məşhurlaşdı. Sarışın gözəl kişilərin diqqətini filmlərdəki hiyləgərliyi və seksual temperamenti ilə əldə edir. Bu isə onu günlərimizin əsas Hollivud seks-simvolu adlandırmağa imkan verir. 

Şarliz Teron 

Hollivudun əsas gözəli və Dior şirkətinin siması Şarliz Teron bu il bütün sahələrdə seçildi - o "J'Adore"u təqdim etməyə davam edir, onun "Dəlisov Maks" kinohitində iştirakı rəğbətlə qarşılandı. Onun Şon Pen ilə ehtiraslı romanı isə tabloidlərin səhifələrindən düşmürdü. Şarlizdən gözəl qadını Hollivudda da tapmaq çox çətindir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR