Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə qızla dalaşan azərbaycanlı intihar etmək istədi

Türkiyədə qızla dalaşan azərbaycanlı intihar etmək istədi

Date: 23 December 2015 11:01

Türkiyədə Azərbaycan və Qazaxıstandan olan iki tələbənin davası xəstəxanada bitib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Kastamonu şəhərində qerydə alınıb.

Məlumata görə, daha öncədən dost münasibətləri olan azərbaycanlı Zabit H. ilə qazaxıstanlı Ayide S. küçədə qarşılaşıblar. Ayide S. ilə danışmaq istəyən Zabit rədd cavabı alıb. Bundan sonra gənclər arasında mübahisə başlayıb.

Sinirlərinə hakim ola bilməyən Zabit yoldaşının gözü qarşısında özünü o an yoldan keçən yük maşının altına ataraq intihar etmək istəyib. Lakin maşının sürətinin az olması faciənin qarşısını alıb.


Hadisə yerindən foto


Dərhal hadisə yerinə təcili yardım və polis çağırılıb. Yüngül xəsarət alan Zabit Münif İslamoğlu Dövlət xəstəxanasına çatdırılıb. Şoka girən Ayide isə uzun müddət göz yaşı töküb.

Polisə aparılan qız azərbaycanlı gəncin onu uzun müntəzəm olaraq narahat etdiyini deyərək şikayət edib. Hadisə ilə bağlı araşdırma başlanılıb.



Tags:  Türkiyədə qızla dalaşan azərbaycanlı intihar etmək istədi

RƏYLƏR


Top news