Gözəllik kraliçası fahişə oldu, öldü - FOTO

Gözəllik kraliçası fahişə oldu, öldü - FOTO
11:17 23 Dekabr 2015
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

33 yaşlı Natali Centl 2007-ci ildə "Face of Plymouth" gözəllik müsabiqəsində qalib gəlmişdi. Amma sonradan onun həyatı alınmadı, gözəllik kraliçası narkomaniyaya qurşandı. Narkotik maddələr almaq üçün maşınını, evini satdı. Narkomanlığı ağır həddə çatanda, orqanizminin tələb etdiyi gündəlik "doza"ların miqdarı çoxalanda isə onun pulu "həzz"ə çatmırdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Natali Centl narkotik maddələr üçün pul əldə etmək məqsədilə fahişəliyə başlamışdı.

Plimut şəhərində yaşayan Natali heroin almaq üçün bədənini satırdı.

Dünən o, evində ölü tapılıb.

Polisdən verilən məlumata görə, fahişəliklə məşğul olmaqla yanaşı, Natali Centl evini bordelə çevirmişdi və orada narkotik maddələr də satırdı.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR