Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci

Date: 23 December 2015 11:18


Ağcabədi, 23 dekabr, AZƏRTAC
Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, “Günərzi Qayğı Mərkəzi”nin direktoru Aytən Abışova, Yazıçılar Birliyinin üzvü, gənc şair Gündüz Sevindik çıxış edərək, uşaqları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.
Bayram tədbitində “Günərzi Qayğı Mərkəzi”nin şagirdləri şeirlər söyləyib, rəqslər ifa ediblər. Şənlik xoş əhval-ruhiyyə yaradıb, balacalara sevincli anlar yaşadıb.
Qonaqlar “Günərzi Qayğı Mərkəzi”nin şagirdlərinin rəsm və əl işləri sərgisinə də baxıblar. Balacaların bir-birindən maraqlı əl işləri tədbir iştirakçılarının marağına səbəb olub.



Tags:  Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci


RƏYLƏR


Top news