Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda lift qırıldı, 7 yaralı ikinci dəhşəti təcili yardımla yaşadı

Bakıda lift qırıldı, 7 yaralı ikinci dəhşəti təcili yardımla yaşadı

Date: 23 December 2015 11:22

Bakının Nərimanov rayonunda faciə baş verib.

Axar.az-a verilən məlumata görə, Qarabağ küçəsi bina 8-də liftin kəməri qırılıb.

Hadisə nəticəsində 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb. Bədbəxtlikdən yaralıları xəstəxanaya aparmaq istəyən təcili tibbi yardım maşını da qəzaya uğrayıb.

Bununla belə, yaralılar 1 saylı Şəhər Kliniki xəstəxanasına aparılıb.

***

Xəstəxanadan Axar.az-a bildirilib ki, yaralılardan 4 nəfər artıq evə buraxılıb. Camal, Günay və Nəzrin adlı şəxslər isə reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Milli.Az


Tags:  Bakıda lift qırıldı Təcili yardım qəzası Lift qəzası Nərimanov rayonu


RƏYLƏR


Top news