Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

40 illik prezidenti: Artıq mən yoxam (FOTO)

40 illik prezidenti: Artıq mən yoxam (FOTO)

Date: 23 December 2015 11:31

Adı rüşvət qalmaqalında hallanan FİFA-nın sabiq prezidenti Yozef Blatter futboldan uzaqlaşdığını bəyan edib

ANS PRESS-in məlumatına görə, Blatter FİFA-da 40 il çalışdığığını və quruma daha inanmadığını deyib:

“Mən futbol ilə işimi bitridim. İndi isə geridə qalan söz söhbətlərə məni narahat etmir. Mən öz qurumumuza inamımı 27 mayda itirmişəm. ABŞ həmin gün FİFA-nı mafiya adlandırdılar.

Blatterin sözlərinə görə, dünya çempionatları keçiriləcəyi ölkələr ilə anlaşılır: “Dünya çempionatı həmişə məsləhətlə təyin olunurdu, ölkələrin hakimiyyəti ilə anlaşılmalar olurdu".


Mişel Platini

Bir neçə gün əvvəl UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb. Onların hər ikisinə idmanın bu sahəsi ilə məşğul olmaq qadağan edilib.

FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.

Tags:  illik prezidenti mən yoxam FOTO

RƏYLƏR


Top news