Nazirlik müğənnini 104 min manat cərimələdi - FOTO

Nazirlik müğənnini 104 min manat cərimələdi - FOTO
11:37 23 Dekabr 2015
156 Şou
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi bir qrup müğənnini vergi borclarını ödəmədiyi üçün cərimələyib. Nazirliyə dəvət olunan müğənnilərdən ilin sonunadək vergi borclarını ödəmək tələb edilib.

Ötən gün isə vergi borcu olan şou-biznes nümayəndələrinin tam siyahısı açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər müğənnilərin dediklərini təqdim edir:

Müğənni Rəqsanə İsmayılova:

"Məni 3 aya 104 min manat cərimə ediblər. Hal-hazırda Moskvadayam. Bu işlə vəkilim məşğul olur".

Xalq artisti Brilliant Dadaşova:

"Mütəmadi olaraq vergini ödəyirəm və ən məsuliyyətli vergi ödəyicisiyəm".

Şou-biznesin evli cütlüyü Nurkan Lalə:

"Biz 800 manat cərimə olunmuşuq. Halbuki bizim VÖEN-imiz artıq 1 ildir bağlıdır, dondurulub".

"Kristal" qrupunun rəhbəri Mədinə Məlik:

"Müğənninin qazancı toylardandır. "Kristal" qrupu isə toylara getmir. Biz sənətlə məşğuluq. Şükür olsun ki, bizə cərimə tətbiq olunmayıb".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR