Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İsmayıllı məktəbliləri arasında voleybol yarışlarına yekun vurulub

İsmayıllı məktəbliləri arasında voleybol yarışlarına yekun vurulub

Date: 23 December 2015 11:38


İsmayıllı, 23 dekabr, AZƏRTAC
İsmayıllı rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəb komandaları arasında keçirilən voleybol üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunan yarışların final mərhələsində 10 ən güclü komanda iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə birinci yeri şəhər 3 saylı məktəb-liseyin, ikinci yeri İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, üçüncü yeri isə Diyallı kənd tam orta məktəbin komandaları tutublar.
Qalib komandalara gənclər və idman idarəsinin diplomları verilib.


Tags:  İsmayıllı məktəbliləri arasında voleybol yarışlarına yekun vurulub


RƏYLƏR


Top news