Proqnoz: WTI neftinin qiyməti "​Brent"i 5-10 dollar üstələyəcək

Proqnoz: WTI neftinin qiyməti "​Brent"i 5-10 dollar üstələyəcək
11:42 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Dünən, dünya bazarında "Brent" markalı xam neftin qiyməti WTI (West Texas Intermediate) markalı neftin qiyməti ilə bərabərləşib, hətta sonuncusu hərrac zamanı bir neçə dəfə üstünlük əldə etsə də, sonradan yenidən bir qədər geriləyib. Buna baxmayaraq, qiymət fərqi so neçə ilin minimumuna enib. Hazırda "Brent" qiyməti 36,44 dollar/barel, WTI isə 36,41 dollar/bareldir. "Report" xəbər verir ki, WTI markalı neft "Brent"in qiymətini sonuncu dəfə 2015-ci il yanvar ayının ortalarında keçıb.
WTI markalı neft əsasən ABŞ-da istifadə olunur. Texas nefti yüngül, yəni sıxlığı aşağı və "şirin", yəni tərkibində daha az kükürd var ki, bu da benzin və dizel yanacağının istehsalı üçün daha uyğun sayılır. Avropa tipli "Brent" nefti isə daha sıx və kükürdü bol olan markadır ki, bu da keyfiyyətli sayılır. Qeyd edək ki, bu xüsusiyyətlərinə görə WTI markalı neft 2011-ci ilə qədər əsasən "Brent"dən baha satılıb. Bahalığın digər səbəbi də "Brent" markalı neftin ABŞ-ın Kuşinq limanına çatdırılma xərcləri ilə bağlı olub. Lakin 2011-ci ildən etibarən "Brent"in qiyməti qeyri-müəyyən səbəblərdən Texas markalı neftin qiymətini ötüb. 
"Report"un analitik qrupu hesab edir ki, WTI markalı neftin ucuzlaşmasına səbəb ABŞ-da 2011-ci ildən etibarən şist neftin hasilatının artması olub. Hasilatın artması nəticəsində ABŞ neft hasilatçısı olan lider ölkələr sırasına daxil olub. Hətta 2014-cü ilin ilk rübündə ABŞ 11 mln. barel/gün hasilatla ilk sıraya yüksəlsə də, daha sonra neftin ucuzlaşması səbəbindən şist neft quyularının aktivliyinin düşməsi ilə hazırda 9-9,2 mln. barel/gün neft hasilatına sahibdir. Texas markalı neftin qiymətinin artaraq "Brent"i keçməsinin səbəbi isə ABŞ-ın neft ixracına embarqonu qaldırması ilə bağlıdır. Belə ki, keyfiyyətli WTI neftinə tələbin artması ehtimal olunur.
Qeyd etmək lazımdır ki, 2015-ci ilin əvvəlində ABŞ-da hasil olunan şist neftin həcmi ənənəvi üsullarla hasilat neftinin həcminə çatıb və 4,5 mln. barel/gün təşkil edib. Neft ekspertləri bildirirlər ki, bu neft markalarının arasında  heç bir keyfiyyət fərqi yoxdur. Fərq ancaq onların hasilat metodlarında və hasil olunan torpaq növünün xüsusiyyətlərindən asılıdır. Bruklin Universitetinin araşdırmasına görə, ABŞ-da şist neft hasilatı 2020-ci ildə pik səviyyəyə çatacaq ki, bu da WTI markalı neftin "Brent"in qiymətindən yüksək olacağını deməyə əsasə verir. Məhz ixrac embarqosunun aradan qaldırılması Texas neftinin qiymətinin artmasına səbəb olub.
"Report"un analitikləri hesab edirlər ki, 2020-ci ilə qədər Texas nefti "Brent"in qiymətini 5-10 dollar/barelə qədər üstələyə bilər. "Brent" markalı neftin qiyməti 18 dollar/barelə, WTI isə 23 dollar/barelə qədər ucuzlaşa bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/proqnoz-wti-neftinin-qiymeti-brent-i-5-10-dollar-usteleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR