Putin barış təklif edir (FOTO)

Putin barış təklif edir (FOTO)
11:46 23 Dekabr 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Avropa ilə münasibətlərini düzəltmək istəyir. ANS PRESS-in məlumatına görə, Rusiya lideri Vladimir Putin
Avropa İttifaqının nümayəndə heyəti rəhbərinin “oyun bitdi", deyərək masanı tərk etməsinə münasibət bildirib.

Vladimir Putin Moskvada keçirilən internet forumunda bu barədə çıxış edib. O, brüsseli rəsminin iqtisadi mövzuların müzakirə olunduğu toplantı əsnasında stoldan qalxaraq getməsini tənqid edib. " Brüssel rəsmisi heç avropalı kimi davranmadı".

O, bildirib ki, hər kəs münasibətləri pozan tərəfin Rusiya olduğunu deyir. "Lakin mübahisəli mözuların müzakirə edildiyi bir toplatıda Aİ idarə heyyəti sədrinin hərəkəti heç avropalıya yaraşacaq bir addım deyildi.

Yenədə bu mövzular müzakirə ediləcək. Odur ki, Rusiya-Aİ- Ukrayna münasibətlərini düzəltməlidir”.

Aİ və Ukraynanın azad ticarət zonası yaratmaq planlarının baş tutması üçün Rusiyanında daxil olduğu görüşlər keçirilir. Rusiya tərəfi razılığın Rusiya iqtisadiyyatına zərər verməməsi üçün bəzi düzəlişlərin edilməsinin tələb edir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR