Bu il muxtar respublikadan 96,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub

Bu il muxtar respublikadan 96,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub
11:48 23 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 23 dekabr, AZƏRTAC
Cari ildə Naxçıvan Muxtar Respublikasından 96 milyon 518 min dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub.
Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sahibkarlığa dəstək məqsədilə 2015-ci ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən məhsul istehsalçılarına 19 milyon 604 min manat kredit verilib. Bu, kənd təsərrüfatı məhsulları istehsalının artması ilə yanaşı, ixrac həcminə də müsbət təsir göstərib.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsullarının mühüm əhəmiyyəti nəzərə alınaraq, bu sahəyə xüsusi dövlət qayğısı göstərilir. Məhsul istehsalçılarına güzəştli şərtlərlə müxtəlif təyinatlı texnikalar, yanacaq və gübrələr, həmçinin muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kreditlər verilir. Bu istiqamətdə tədbirlər “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə də diqqət mərkəzində saxlanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_muxtar_respublikadan_965_milyon_dollarliq_kend_teserrufati_mehsullari_ixrac_olunub-913558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR