"Təmiz Şəhər" ASC tələbələr üçün maarifləndirici seminar təşkil edib

"Təmiz Şəhər" ASC tələbələr üçün maarifləndirici seminar təşkil edib
11:48 23 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
“Təmiz Şəhər” ASC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirə təşkil edib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminara Akademiyanın ekologiya, dövlət və bələdiyyə idarə edilməsi və kompyuter elmləri ixtisasları üzrə təhsil alan tələbələri cəlb olunublar.
Tədbirdə “Təmiz Şəhər” ASC-nin, Dövlət İdarəçilik Akademiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “EkoReal” və “Təbiət və Həyat” ekoloji təşkilatlarının əməkdaşları müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər. Ekspertlərin təqdimatları tələbələr arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin gələcəkdə də təşkil olunmasının zəruriliyi bildirilib.
“Təmiz Şəhər” ASC gənc nəslin ekoloji maarifləndirməsi və tərbiyəsi məqsədilə 2010-cu ildən etibarən ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb. Cəmiyyət təhsil müəssisələrində mütəmadi olaraq bu cür seminarlar keçirir, tələbələr üçün tullantı zavodlarına turlar təşkil edir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotTemiz_Seher_quot_ASC_telebeler_uchun_maariflendirici_seminar_teskil_edib-913556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR