“Karxana” kitabının “imza günü” keçirilib

“Karxana” kitabının “imza günü” keçirilib
11:53 23 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
Yazıçı Qəni Camalzadənin “Karxana” kitabının “imza günü” keçirilib. Bu yazıçının oxucularla yeddinci görüşüdür.
AZƏRTAC xəbər verir ki, kitabda müəllifin “Karxana” romanı və “Teatrda”, “Bastar ulduza hürürdü”, “Bizim adam”, “Təkqulaq Xotuqzadın həyatı”, “Daş”, “Tələbə dostlar” və “Sabah pul günüdür” hekayələri daxil edilib. Nəşrin redaktoru yazıçı Məmməd Orucdur.
“Karxana” romanı 2014-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Hekayələr isə yumor və satira nümunələridir. Müəllifin fikrincə ən ədalətli cəmiyyətlərdə də haqsızlıqlar olur. Onları islah eləmək həm də ədəbiyyatın vəzifəsidir.
Qeyd edək ki, Qəni Camalzadə 1956-cı ildə Lerik rayonunun Durqan kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1992-93-cü illərdə vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib və II qrup əlildir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Əsərləri rus dilinə tərcümə edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Karxana_kitabinin_imza_gunu_kechirilib-913560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR