Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qubada turistlər üçün “qaynar xətt” yaradılıb

Qubada turistlər üçün “qaynar xətt” yaradılıb

Date: 23 December 2015 11:58


Quba, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qarşıdakı bayram günləri ilə əlaqədar Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. Rayona gələcək qonaqların çoxluğu nəzərə alınaraq, mərkəz istirahət və bayram günlərində də fəaliyyət göstərəcək.
Mərkəzin direktoru Murad Hacıyev AZƏRTAC-a bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə elan olunan istirahət günlərində turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.
Yanvar ayının ilk günləri üçün açıqlanan hava proqnozu Qubada istirahət və qış əyləncəsi üçün əlverişli şərait olacağından xəbər verir. Bayram günlərində burada qarlı havanın hökm sürəcəyi gözlənilir.
Rayonda fəaliyyət göstərən istirahət mərkəzinin hər birində qış turizm mövsümünə hazırlıq işləri artıq yekunlaşıb. Ötən ilə nisbətən istirahətə gələnlərə göstərilən xidmət növlərinin sayı artırılıb, keyfiyyəti yüksəldilib.
Eyni zamanda, turistlər 4 turizm marşrutundan - Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində marşrutlardan faydalana bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur.




Tags:  Qubada turistlər qaynar xətt yaradılıb


RƏYLƏR


Top news