Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" adlı Tvinninq layihəsi həyata keçiriləcək

"Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" adlı Tvinninq layihəsi həyata keçiriləcək

Dövlət Dəniz Administrasiyasında tvinninq layihəsi çərçivəsində seminar keçirilib (09 Mart 2017 19:42)
ETSN-də Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib (15 Fevral 2017 13:32)
“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı layihənin açılış mərasimi olub (14 Fevral 2017 11:57)

Tarix: 23 Dekabr 2015 11:58


Bakı, 23 dekabr, AZƏRTAC 
Azərbaycanda iqtisadi inkişafın dayanıqlığına və ölkənin dünya bazarına çıxışına köməklik göstərilməsi məqsədilə Avropa İttifaqının “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, 2016-2017-cl illər ərzində "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" adlı Tvinninq layihəsinin həyata keçirilməsi üzrə işlər aparılacaq. Bu layihənin əsas məqsədi Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, kalibrlənmə və sınaq laboratoriyalarının fəaliyyətinin gücləndirilməsi və onların beynəlxalq akkreditasiyasına hazırlığına dəstək göstərməkdir.
R.Həsənov həmçinin vurğulayıb ki, komitə tərəfindən “Enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sisteminin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb. Proqram layihəsinin son versiyası hökumətə təqdim edilıb.

Teqlər:  Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi adlı Tvinninq layihəsi həyata keçiriləcək



RƏYLƏR


Top xəbərlər