Rusiyada azərbaycanlı biznesmenlə evlənən erməni qızı yoxa çıxdı

Rusiyada azərbaycanlı biznesmenlə evlənən erməni qızı yoxa çıxdı
12:01 23 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan qadın azərbaycanalı əri ilə İŞİD terror təşkilatına qoşulmaq üçün qaçıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Moskvada yaşayan evdar xanımın Türkiyədən keçməklə İŞİD-a qoşulduğu güman edilir.

28 yaşlı Mariya Samoqlovanın atası polisə bu barədə müraciət edib. Qızın anası isə əmindir ki, övladı ərinin Bakıdakı qohumlarının yanındadır.

Qızın atası 51 yaşlı Artur Mkrtumyan itkin barədə polisə ərizə ilə müraciət edib. Onun sözlərinə görə, qızı vətəndaş nigahında olduğu əri ilə birlikdə Türkiyəyə gedib və yoxa çıxıb. Onunla əlaqə iki ay öncə itib.

ANS PRESS-in "LifeNews"a istinadla verdiyi məlumata görə, Mariyanın həyat yoldaşı Azərbaycandan olan biznesmen Yuriy İsmayılovdur. Onlar rəsmi nikaha daxil olmayıblar, ancaq dini qaydalara uyğun kəbin kəsdiriblər. Bundan sonra gənclər bəyin Bakıdakı qohumlarıgilə gedəcəklərini açıqlayıblar.

Lakin onların seçdiyi marşurut atanı şübhələndirib. Rusiya ilə həmsərhəd olan Azərbaycana getmək üçün onlar Türkiyəni seçiblər. Onlar oktyabr ayında Rusiyanı tərk ediblər. O zamandan da heç bir məlumat yoxdur.

А.Mkrtumyanın sözlərinə görə, qızı və həyat yoldaşının İŞİD-a qoşulmaq planı öncədən olub. Lakin onlar cəza alacaqlarından qorxduqları üçün Azərbaycan planını düşünüblər.

Mariyanın atasından ayrı olan anası isə keçmiş ərinin dedikləri ilə razı deyil. Qadın əmindir ki, qızı və kürəkəni Bakıda qohumlarının yanındadırlar və yaxın zamanda əlaqə yaradacaqlar.

"Maşa azərbaycanlıya ərə gedib və İslamı qəbul edib. Onun əri turizm firmasında direktor idi. Ancaq böhran onlara da pis təsir etdi və onlar getməyə qərar verdilər. Əvvəl Türkiyəyə uçdular, sonra o zəng elədi və dedi ki, Bakıya gedirlər və özlərinə yer tapana kimi əlaqə qura bilməyəcəklər".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR