Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

KİV: Yerevanda həbs olunmuş cinayətkar dəstəsi Ermənistan prezidentinin təyyarəsini partlatmaq istəyib

KİV: Yerevanda həbs olunmuş cinayətkar dəstəsi Ermənistan prezidentinin təyyarəsini partlatmaq istəyib

Date: 23 December 2015 12:02

Bakı. 23 dekabr. REPORT.AZ/ Noyabr ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) zərərsizləşdirdiyi cinayətkar dəstə dövlət qurumlarını ələ keçirmək və ölkə prezidentinin təyyarəsinə hücum etməyi planlaşdırıbmış. "Report" xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.
"Cinayətkar dəstə beş altqrupa malik idi. Onlar eyni vaxtda prezident iqamətgahını, dövləti, parlamenti, Konstitusiya Məhkəməsini və teleqülləni ələ keçirməli idilər. Əsas əməliyyat isə Fransaya səfərə hazırlaşan Ermənistan prezidentinin təyyarəsini partlatmaq olmalıydı (Serj Sarqsyan noyabrın 29-da Parisə səfər edib)", - məqalədə deyilir.
Xatırladaq ki, noyabrın 25-də MTX əməkdaşları polis nümayəndələriylə birlikdə silahlı dəstəni Yerevan ətrafındakı evlərin birində zərərsizləşdirmişdi.

Tags:  KİV Yerevanda həbs olunmuş cinayətkar dəstəsi Ermənistan prezidentinin təyyarəsini partlatmaq istəyib

RƏYLƏR


Top news