Kulevidəki LPG terminalı ilə yeni məhsul daşınıb

Kulevidəki LPG terminalı ilə yeni məhsul daşınıb
12:03 23 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı aktivi olan Kulevi “Black Sea” neft terminalındakı mayeləşdirilmiş neft qazı (LPG) terminalı ilə yeni məhsul daşınıb.
AZƏRTAC terminalın saytına istinadla xəbər verir ki, indiyədək LPG terminal ilə yalnız iki məhsul - propilen və BBF (butilen butadien fraksiyası) daşınırdı. Artıq terminalla texniki butan adlandırılan yeni məhsulun da danşınmasına başlanılıb. Bu, terminala dünya neft bazarında daha əhəmiyyətli oyunçu olmağa imkan yaradacaq.
2012-ci ildə Kulevi neft terminalında fəaliyyətə başlayan LPG terminalı SOCAR-ın ən uğurlu layihələrindən biridir. Terminal LPG daşıyıcıları vasitəsilə bazalara daha çox mayeləşdirilmiş neft qazının çatdırılmasına imkan yaradır.
Qeyd edək ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kulevideki_LPG_terminali_ile_yeni_mehsul_dasinib-913569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR