Mağazalardan Yeni il hədiyyələri alan valideynlər, diqqətli olun

Mağazalardan Yeni il hədiyyələri alan valideynlər, diqqətli olun
12:08 23 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Hər il olduğu kimi, bu il də Yeni il ərəfəsində ticarət obyektlərində uşaqlar üçün müxtəlif çeşidlərdə Yeni il hədiyyələri satılır. Müxtəlif qiymətlərə satılan hədiyyə qutuları əsasən, icərisinə yığılan qidaların rəngarəngliyi ilə fərqlənir. Bir çox alıçılar bu qutuların rəngarəngliyinə aldansalar da, unutmaq lazım deyil ki, həmin qutuların içərisinə yerləşdirilən qidaların təhlükəsizliyi diqqət yetirilməli vacib məsələdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Trend-ə bildirib ki, çox zaman “Yeni il hədiyyələri” adı altında qablaşdırılan qutuların içərisinə vaxtı keçmiş, üzərində yararlılıq müddəti qeyd edilməyən məhsullar. Bu da uşaqlarda zəhərlənmə hallarının baş verməsinə səbəb olur.

Bu səbəbdən vətəndaşları diqqətli olmağa çağıran E.Hüseynov qeyd edib ki, istehlakçılar həmin qutuları alarkən onların içərisində olan bütün qidaların tarixinə baxmalı, hüquqlarının müdafiəsi üçün fəalllıq göstərməlidirlər.

Ekspert qeyd edib ki, adətən, Yeni il bayramı günlərində bu hədiyyələrlə əlaqədar şikayətlər edilir. Mütəxəssis deyib ki, istehlakçılar belə hallarla rastlaşdıqda, İqtisadiyyat və Sənaye Nazirliyinin 195 saylı telefonuna zəng edərək şikayətini bildirməlidir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR