Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türk Dil Qurumunun başqanı AMEA-nın Əlyazmalar İnstitutunda

Türk Dil Qurumunun başqanı AMEA-nın Əlyazmalar İnstitutunda

Azərbaycanda məhsuldarlığı artıran YENİ MADDƏ YARADILDI (13 Mart 2017 11:08)
İsa Qəmbərin qaynanası dünyasını dəyişdi (11 Fevral 2017 22:39)
AMEA-nın institutunda yeni şöbə müdirləri təyin olunub (10 Fevral 2017 15:27)

Tarix: 23 Dekabr 2015 12:08


Bakı, 23 dekabr, AZƏRTAC
Türkiyənin nüfuzlu dil mərkəzi Türk Dil Qurumunun başqanı, professor Mustafa Kaçalin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qonaq özünün və rəhbərlik etdiyi qurumun türk xalqları ədəbiyyatının öyrənilməsi sahəsindəki fəaliyyəti barədə məlumat verib.
İnstitutun direktoru, akademik Teymur Kərimli qonağa institutun tarixi, burada görülən işlər və əlyazmaların mühafizəsi, bərpası, nəşrə hazırlanması və elektronlaşması haqqında danışıb.
Sonra qonaq əlyazmaların saxlanılması, bərpa laboratoriyası ilə tanış olub.

Teqlər:  Türk Dil Qurumunun başqanı AMEA-nın Əlyazmalar İnstitutunda



RƏYLƏR


Top xəbərlər