Ağadadaş Ağayev: "Kim necə başa düşmək istəyir, düşsün. Mən sevinirəm"

Ağadadaş Ağayev: "Kim necə başa düşmək istəyir, düşsün. Mən sevinirəm"
12:12 23 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

"Mən öz subyektiv fikrimi açıqlamışam. Əgər bəziləri bunu başqa cür başa düşürsə, o başqa məsələdir".

Milli.Az big.az-a istinadən xəbər verir ki, bunu xalq artisti Ağadadaş Ağayev açıqlamasında bildirib.

Xalq artisti bildirib ki, bu onun subyektiv fikridir və hər kəs öz subyektiv fikrini açıqlaya bilər:
"Çoxları buna neqativ münasibət bəsləyir. Amma yenə deyirəm, dolların bahalaşması, manatın 1.60-a qalxması bir vətəndaş olaraq məni sevindirir. Başqalarından fərqli olaraq tərs bir şey söylədiyimin fərqindəyəm. Amma bu mənim subyektiv fikrimdir və fikrimi izah etmişəm. Kim necə başa düşmək istəyir, düşsün".

Xatırladaq ki, xalq artisti Ağadadaş Ağayevin verdiyi açıqlama ictimaiyyətdə böyük rezonans doğurub. Həmin açıqlamanı təqdim edirik: 
"Dolların bahalaşması, manatın məzənnəsinin aşağı düşməsi bir vətəndaş olaraq məni sevindirir. Düzdür, dolların məzənnəsinin qalxması bizim üçün müəyyən problemlər yarada bilər. Düzdür, banklardan dollarla kredit götürənlər var. Belə problem, bəlkə, məndə də var. Büdcəm, sənin büdcən, onun büdcəsi - bunlar müvəqqəti hallardır. Bunlar hamısı öz yerini tapacaq. Bəlkə də mənim bu sözlərimə irad tutanlarımız çox olacaq. Öz Vətənini, öz millətini, öz dövlətinin pul dəyəri o zaman dəyərə minir ki, o, Amerika dollarının, Avropa avrosunun qarşısında aciz qalmasın. Əsas məmləkətin, Vətənin, dövlətin büdcəsi bizim üçün çox önəmlidir". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR