Uorlik Lavrovun təklifini aşağılamaqla Sərkisyanı vəziyyətdən çıxardı

Uorlik Lavrovun təklifini aşağılamaqla Sərkisyanı vəziyyətdən çıxardı
12:12 23 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistan və Azərbaycan prezidentlərinin 19 dekabrda İsveçrənin Bern şəhərində görüşü ərəfəsində əsas oyunçularının davranışını xarakterizə etmək üçün çoxlu parametrlər ortadadır".

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, bu parametrləri 4 qrupda sistemləşdirmək mümkündür:
I. ABŞ və Ermənistan prezidentlərin görüşünün baş tutmamasına, baş tutacağı təqdirdə effektsiz görüş olması istiqamətindəki fəaliyyəti;
II. Rusiyanın öz təklifini müdafiə edə bilməməsi;
III. Qoşunların təmas xəttində hərbi insidentlərin və itkilərin sayının artması;
IV. ATƏT MQ-nin büdcə maraqları;

Ardıcıllıqla izah edək:
I. ABŞ və Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində tandem şəklində iştiraklarını möhkəmləndiriblər və bunu davam etdiriblər. Bu tandem Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanması istiqamətində fəaliyyət göstərir və hal-hazırda qalib gələn tərəf oldular.
A) ABŞ Konqresi xeyli aktivdir:
ı. Qoşunların təmas xəttində xüsusi qurğuların yerləşdirilməsi ideyasını Ermənistan qədər müdafiə edir.
ıı. Dağlıq Qarabağın müstəqilliyinin qeyd olunmasına dair tədbir keçirdi.
ııı. 2016-ci ilin yanvar ayına Dağlıq Qarabağ münaqişəsi haqda qapalı dinləmələr təyin etdi.
ıv. Konqresmen Kristofer Smit antiazərbaycan layihə ilə çıxış etdi.

B) ABŞ Dövlət Departamenti ABŞ konqresinin Dağlıq Qarabağ mövzusu ilə bağlı müraciətlərinə erməni prizmasından müsbət cavabını yalnız prezidentlərin görüşü ərəfəsində göndərdi.
C) Amerikalı həmsədr C.Uorlik:
ı. Bern görüşündən əvvəl bu gorüşdən yalnız məzmunlu müzakirələr gözləndiyini və müzakirələrin 2016-cı ildə davam edəcəyi anonsunu yaymışdı.Bununla da o faktiki olaraq Bern görüşünün əhəmiyyətsiz olduğunu, heç bir sənədin imzalanmayacağını diqqətə çatdırdı.
ıı. Rusiyanın təklifinin əhəmiyyətini aşağıladı.
Ç) Beynəlxalq Qırmızı Xaç Komitəsi itkin düşənlərin siyahısını hazırlayıb tərəflərə təqdim etdi. İtkin düşənlərin sayının 4496 nəfər olması bu problemlə ciddi məşğul olmağın zəruriliyini göstəricisidir.
D) Ermənistan prezidenti Bernə yola düşməzdən əvvəl müdafiə nazirliyinin toplantısını keçirdi. Ermənistanın və Dağlıq Qarabağın müdafiəsinin möhkəmləndirilməsini müzakirə etdi.
E) Ermənistan Yerevanda azərbaycanlılara məxsus olan qədim tarixə malik olan Göy məscidi İrana 99 il müddətinə icarəyə verdi.
II. Rusiya öz təklifini müdafiə etmədi.
ı. Prezidentlərin görüşündə müzakirə olunmaq üçün Rusiyanın təklif verməsi təsdiq olunmuş faktdır. Bu ATƏT-in Belqrad ministerialında həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının yaydığı bəyanatda bu təsdiqlənir.
ıı. Azərbaycan Xİ rəhbəri E.Məmmədyarov Tbilisidə "Şərq Tərəfdaşlığı" proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-formal görüşündə RF xarici işlər naziri S.Lavrovun təklifinin müzakirə olunduğunu bildirdi və təklifin mahiyyətini açıqladı.

Politoloq bununla bağlı qeyd edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılır: "Həmin ərazilərə məcburi köçkünlər qaytarılır. Sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq başlanır. E.Məmmədyarov S.Lavrovun bu təklifi barədə həm də Bakıda Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında da məlumat verdi.

ııı. C.Uorlik prezidentlərin görüşündə RF-in təkliflərinin müzakirə olunduğunu təsdiq etsə də digər təkliflərin də olduğunu bildirdi".

M.Əhmədoğlu vurğulayıb ki, beləliklə, Rusiyanın təklifinin eksklüzivliyi və ya yeganəliyi inkar edildi: "Heç bir Rusiya rəsmisi Uorlikin Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki rolunu aşağılamasına reaksiya vermədi. Çox unikal hal yaranmışdı ki, ATƏT MQ Rusiyanın təklifini dəstəkləyirdi. S.Sərkisyan 2014-cü ilin sentyabrında Soçidə V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusuna dair təklifini rədd etmişdi. O zaman S.Sərkisyan DQ tənzimlənməsi ilə ATƏT MQ-nin məşğul olduğunun məqsədəuyğun olduğunu bildirmişdi".

Mərkəz rəhbəri deyib ki, indi ATƏT MQ Rusiyanın təklifini əsas kimi qəbul etmişdi: "Bu S.Sərkisyan üçün çox çətin vəziyyət yaradırdı. Ona görə Uorlik S.Lavrovun təklifini aşağılamaqla prezident S.Sərkisyanı vəziyyətdən çıxardı.
III. Prezidentlərin Bern görüşündə əsas müzakirə olunan məsələ də hərbi insidentlər mövzusu oldu. Sanki hərbi insidentlərin müzakirə olunması hər 3 tərəfi-ATƏT MQ-ni, Ermənistanı və Azərbaycanı qane edir. ATƏT MQ hərbi insidentlərin müzakirəsi ilə özünün sülhə can atdığını nümayiş etdirir. Ermənistan başqa mövzuda yox, hərbi insidentlərlə prezidentlərin görüşü faktını yarada bilir. Çünki prezidentlərin görüşü faktı Serj Sərkisyan hakimiyyəti üçün sabitlik faktorudur. Prezidentlər görüşməzsə erməni xalqı Serj Sərkisyan hakimiyyətinə qarşı təzyiqləri artıracaq. Amma zaman getdikcə hərbi insidentlər vasitəsilə prezidentlərin görüşünü təşkil etmək Ermənistan üçün daha böyük itkilərlə müşahidə olunur. Bu mövzuda görüş Azərbaycan üçün də sərfəlidir. Ermənistan atəşkəs rejimini pozmağa məhkumdur. O bununla qoşunların təmas xətti mövzusunu daim aktual gündəlikdə saxlayır. Azərbaycan bundan istifadə edib tədricən Ermənistana verdiyi cavabın şiddətini və keyfiyyətini yüksəldir. Son illərdə Azərbaycanın itkilərinin sayı mütləq rəqəmlə azalır. Ermənistanın itkilərinin sayı isə artır. Azərbaycanın hərbi potensialı, Ermənistanın isə xarici borcu artır. Azərbaycanın arsenalında hələlik xeyli istifadə olunmamış silahlar və variantlar vardır. Smerçlər, TOS-1A lar, hərbi aviasiyalar hələ işə düşməyib".

Politoloq bildirib ki, Azərbaycan hərbçiləri desant atmaqla erməni qoşunlarının arxasında istənilən tapşırığı yerinə yetirmək qabiliyyətinə malikdir: "Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi texnikası sıradan çıxdıqdan sonra Ermənistan əlavə borc götürməyə məhkumdur.
IV. ATƏT MQ həmsədrləri Bern görüşündən sonra yaydıqları bəyanat özlərinin büdcə maraqlarına hesablanıb. ATƏT MQ həmsədrləri Bern görüşündən sonra yaydıqları bəyanatla ATƏT-in Belqrad ministerialında həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının yaydığı bəyanatın müqayisəsi bunu deməyə əsas verir. Dağlıq Qarabağ münaqişəsi regionunda tökülən qanların artması hesabına təkcə 2016 -cı il deyil, 2017-ci ilin büdcəsinə də iddiallı oldular.
Prezidentlərin Bern görüşünün daha bir unikallığı Azərbaycan və Ermənistan ekspertlərinin iki məsələdə mövqelərinin tam üst-üstə düşməsidir:
a) Bu iki ölkə ekspertləri görüşün effektsiz olacağından tam əmin idilər.
b) Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərbi yoldur.
Prezident S.Sərkisyanın Dağlıq Qarabağ tənzimlənməsində indiki strategiyası bəllidir: Dağlıq Qarabağda konstanta nail olmaq üçün Ermənistan dövlətçiliyini dağıtmaq. Serj Sərkisyanın bu siyasəti Azərbaycan üçün səmt küləyidir".

M.Əhmədoğlu qeyd edib ki, ABŞ-ın da DQ tənzimlənməsində strategiyası bəllidir: "2016-cı ilin mart-aprel aylarında ABŞ-ın Rusiya ilə bağlı siyasətində aydınlıq yaranacaq. ABŞ o vaxtadək Şimali Qafqazda Rusiya üçün gərginlik yarada bilməzsə, o zaman Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın üstün mövqeyini qəbul edəcəkdir. ABŞ məmurlarının davranışından da Dağlıq Qarabağ tənzimlənməsində mart-aprel aylarına xüsusi yer ayırdıqları hiss olunur. 2016-cı ilin 31 mart-1 aprel tarixlərində ABŞ-da Nüvə sammiti keçiriləcəkdir. Maraqlı yanaşma vardır. Heç bir nüvə obyektinə malik olmayan Gürcüstana B.Obama nüvə sammitində iştirak üçün dəvət göndərib. Amma Azərbaycan və Ermənistana nüvə sammitində iştirakla bağlı dəvətnamənin göndərilib-göndərilməməsi ilə bağlı heç bir məlumat yoxdur. Ermənistanda AES var, Azərbaycan AEBA ilə kiçik də olsa nüvə reaktoru yaratmaqla bağlı danışıqlar aparır. Belə alınır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Nüvə sammitinə dəvət olunması əlavə müzakirə olunmalıdır".

Politoloqun qənaətincə, bu əlavə müzakirənin obyekti yalnız Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda iki prezidentin görüşməsi, bəlkə də sənəd imzalaması ola bilər: "Nüvə sammitində RF və Fransa prezidentlərinin də iştirakı şəksizdir. İndidən demək olar ki, S.Sərkisyan o görüşü pozmaqdan ötrü variantlar işləyib hazırlayacaqdır. Lakin o vaxtadək Azərbaycan hərbiçilərinin sakit dayanacağını düşünmək sadəlövhlükdür. Ermənistan atəşkəs rejimini pozmağa daha ciddi cəhdlər edəcək. Azərbaycan tərəfi daha iri cavab reaksiyası verəcəkdir. Yeni silahlardan istifadə oluna bilər. Bu isə artıq Dağlıq Qarabağ tənzimlənməsində yeni mərhələ yarada bilər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Lapşin israilli diplomatlarla görüşdü - Ekstradisiya məsələsi

27 İyul 2017 11:05

"Barselona" uddu, "Real" uduzdu - Çempionlar kuboku

27 İyul 2017 11:05

ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına PUA verəcək

27 İyul 2017 11:02

Vidadi Zeynalov və digərlərinə hökm oxunur

27 İyul 2017 11:02

Bakıda 500 musiqiçinin iştirakı ilə “Jara” beynəlxalq festivalının açılışı olacaq

27 İyul 2017 10:57

“Sabirabad Dəmir Beton”un rəhbərliyi yenidən formalaşdırılacaq

27 İyul 2017 10:57

ABŞ ordusuna cinsi azlıqlar cəlb oluna bilər? - Rəsmi cavab

27 İyul 2017 10:57

Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazanıb

27 İyul 2017 10:54

İşdən qovulan generalla bağlı BÜTÜN HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI: sərvəti ŞOK ETDİ - FOTO

27 İyul 2017 10:53

Avtoyumada özünü yuduzdurdu

27 İyul 2017 10:53

Avropa Şurasının rəhbəri prokurorluğa çağırılıb

27 İyul 2017 10:52

Təyyarə qəzaya uğradı

27 İyul 2017 10:50

Azərbaycan brendi İndoneziya mətbuatında - FOTO

27 İyul 2017 10:48

DİQQƏT: Telefonunuza baxın, şəkillər, videolar yerindədir?

27 İyul 2017 10:48

Ürək tutmasından öldüyü deyilirdi: intihar etdiyi məlum oldu - Göyçayda DƏHŞƏT

27 İyul 2017 10:47

Fatih Terim “Qalatasaray”da

27 İyul 2017 10:47

UNEC-də məzun monitorinqi – məşğulluq 85%

27 İyul 2017 10:44

Bələdiyyə sədri Şəmkirdəki 4 gün, 4 gecəlik toydan danışdı - VİDEO

27 İyul 2017 10:42

Azərbaycan gimnastları Polşada Ümumdünya Oyunları 2017-də "gümüş" qazanıblar - FOTO

27 İyul 2017 10:42

Xəyyam Nisanovdan xəbər var

27 İyul 2017 10:42

ABŞ milli komandası futbol üzrə “Qızıl kubok”un qalibi olub

27 İyul 2017 10:37

Neft bahalaşmaqda davam edir

27 İyul 2017 10:37

İkiekranlı “Meizu” smartfonları rəsmən təqdim olunub

27 İyul 2017 10:35

Aktyorla xanımı ikinci bal ayını yaşayır - FOTOlar

27 İyul 2017 10:32

Qadını təkəraçanla döydülər

27 İyul 2017 10:32

İsti havada geyim seçərkən bunlara

27 İyul 2017 10:29

Türk ölkəsi bu ilin sonuna kimi latın əlifbasına keçəcək

27 İyul 2017 10:28

Saakaşvilidən Poroşenkoya cavab: "Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz"

27 İyul 2017 10:27

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

27 İyul 2017 10:27

Rusiyada təyyarə qəzaya uğradı: ölən və yaralılar var - VİDEO

27 İyul 2017 10:27

"Qəbələ" "Panatinaikos"la üz-üzə

27 İyul 2017 10:27

Cinsi azlıqlar orduya cəlb oluna bilər?

27 İyul 2017 10:25

Ancelina Colieden heyranedici açıqlama: “Uşaqlarımından gizli duşda ağladım”

27 İyul 2017 10:23

Azərbaycan və Gürcüstan gömrük işçilərinin növbəti görüşü keçirilib

27 İyul 2017 10:22

Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarına çıxmaqda niyyətindədir

27 İyul 2017 10:22

Qızıl bahalaşdı

27 İyul 2017 10:22

Bu ölkə ABŞ-dan ölüm raketləri ALIR

27 İyul 2017 10:18

42 milyonluq futbolçu Türkiyə yolunda

27 İyul 2017 10:17

Yaxın vaxtlarda Almaniyadan Azərbaycana 140 pambıqyığan kombayn gətiriləcək

27 İyul 2017 10:17

Qızıl 13 dollardan çox bahalaşdı

27 İyul 2017 10:17

Yumurtanı gunəşin istisi ilə bişirdi

27 İyul 2017 10:17

Daha bir miqrant faciəsi: uşaqlar, hamilə qadın... - FOTO

27 İyul 2017 10:12

Zeytun yağı və əncir möcüzəsi

27 İyul 2017 10:11

Bu günün valyuta MƏZƏNNƏLƏRİ

27 İyul 2017 10:08

Tehran Hacıyev "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

27 İyul 2017 10:07

Yaxın vaxtlarda Azərbaycanda Kosta-Rika səfirliyi açılacaq

27 İyul 2017 10:07

Anasının gözü önündə 16 yaşlı qızı zorladılar: qohumlar saxlanıldı - FOTO

27 İyul 2017 10:05

Bakıda 17 yaşlı oğlan yoxa çıxıb

27 İyul 2017 09:59

Tarixdə bu gün nələr baş verib?

27 İyul 2017 09:59

Təhsil Nazirliyində yenilik

27 İyul 2017 09:59