Beynəlxalq istiqamətdə hərəkət edən qatarların biletlərinin qiyməti qalxıb

Beynəlxalq istiqamətdə hərəkət edən qatarların biletlərinin qiyməti qalxıb
12:14 23 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dəmir Yollarında beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarında bilet dəyərində artım olub.

Bu barədə Lent.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədov bildirib ki, bu günlərdə dollar kursunda artımın olması biletlərin də qiymətinə təsir edib: “Bizim kassalarda hər gün dolların kursuna uyğun satış həyata keçirilir. Buna görə də dolların kursunda artım olması biletlərin də qiymətinin artmasına səbəb olub. Qiymətlərdə hər gün fərqlilik ola bilər. ”

N. Əzmmədovun dediyinə görə,  əvvəl Bakı-Tiflis istiqamətində hərəkət edən qatarda biletinin dəyəri 50-52 manat idisə, indi bu qiymət 70-78 manata kimi qalxıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR