Aktual mövzular: Dollar alış-satışı , Şahin Zəkizadə, Məzənnə, Hava haqqında, Neftin qiyməti

​Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb

Date: 23 December 2015 12:17

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı proses dekabrın 25-dək təxirə salınıb.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror hakimdən jurnalistin işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Tags:  Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb


RƏYLƏR


Top news