Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rauf Mirqədirov vəkili müdafiə çıxışı edib

Rauf Mirqədirov vəkili müdafiə çıxışı edib

Date: 23 December 2015 12:19

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil Fuad Ağayev müvəkkilinə bəraət istəyib. Daha sonra R.Mirqədirova son söz demək təklif edilib. O, hakimdən son söz üçün vaxt istəyib. Növbəti proses dekabrın 25-i saat 16:00-a təyin edilib.

 

Xatırladaq ki, ötən proses prokuror hakimdən R.Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib. O, jurnalist barəsində 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub.  Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

 


Tags:  Rauf Mirqədirov vəkili müdafiə çıxışı edib

RƏYLƏR


Top news