Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub (FOTO)

Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub (FOTO)

Date: 23 December 2015 12:23

Bakı. Trend:

Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hər dəfə yeni il ərəfəsində Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının (HUISA - Hokkaido University International Students Association) təşkilati dəstəyi və sponsorluğu ilə keçirilən festivalda ölkəmizin təmsilçiləri Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələb Əlibəy Məmmədov və bu universitetin Biznesin İdarəsi və Menecement fakültəsində magistr təhsili alan Qabil Əliyev olub.

Əlibəy Məmmədov bildirib ki, bir-birindən gözəl, möhtəşəm çıxışları izləmək üçün hər il yüzlərlə insan festivala qatılır, Sapporo şəhər rəhbərliyinin yüksək vəzifəli şəxsləri və şəhər ziyalıları festivalı izləməyə gəlir. Bu dəfəki festivalda təmsil olunan ökələrin milli rəqsləri və milli musiqiləri daha çox diqqət çəkib.

Tədbirin təşkilatı işləri ilə məşğul olan Əlibəy Məmmədov festivalda Azərbaycan rəqsləri, digər təmsilçimiz Qabil Əliyev isə Azərbaycan musiqisi haqqında geniş çıxış edib. Azərbaycan musiqisinin köklərinin qədim dövrlərə dayandığı bildirilib. Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çox sayda mahnılar, “Kitabi-Dədə Qorqud” dastanından bizə gəlib çıxan qopuz, saz, aşıq sənəti, xalq musiqisi haqqında məlumat verilib. Azərbaycanlı tələbələrin çıxışları Azərbaycanın xalq artisti Çingiz Mehdiyevin ifasında “Qaval daşı”, Mənsum İbrahimovdan “Səni qəmli görəndə”, Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi “Say it right (Nelly Furtado)” mahnıları ilə müşayiət olunub. Daha sonra “Yenilməz batalyon” filminin musiqisi barədə məlumat verən Q.Əliyevin bu musiqini canlı ifa etməsi izləyicilərdə xüsusi maraq oyadıb.

Sonda iştirakçılara sertifikatlar və pul mükafatları təqdim edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub FOTO

RƏYLƏR


Top news