"Qarabağ"ın futbolçusu Mxitaryanla bir komandada - SİYAHI

"Qarabağ"ın futbolçusu Mxitaryanla bir komandada - SİYAHI
12:24 23 Dekabr 2015
10 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubunun futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin simvolik komandasına düşüb. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçinin adı UEFA-nın rəsmi saytının rus redaksiyasının tərtib etdiyi siyahıda göstərilib.
 
Siyahıda postsovet məkanı komandalarında çıxış edən legionerlər və keçmiş SSRİ respublikalarından olan futbolçular yer alıb. Simvolik komandaya Rusiya "Lokomotiv"inin əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov da düşüb.
 
Qapıçı: Andris Vanin (Latviya, "Syon")

Müdafiəçilər: Andreas Qrankvist (İsveç, "Krasnodar"), Elmir Nabiullin (Rusiya, "Rubin"), Raqnar Klavan (Estoniya, "Auqsburq")

Yarımmüdafiəçilər: Pavel Mamayev (Rusiya, "Krasnodar"), Odil Əhmədov (Rusiya, "Krasnodar"), Henrik Mxitaryan (Ermənistan, "Borussiya" Dortmund), Riçard Almeyda (Braziliya, "Qarabağ"), Aleksandr Səmədov (Rusiya, "Lokomotiv")

Hücumçular: Bay Umar Niasse (Seneqal, "Lokomotiv" Moskva), Yevgeni Seleznyov (Ukrayna, "Dnepr")

Baş məşqçi: Oleq Kononov (Belarus, "Krasnodar")   

- See more at: http://www.sportnet.az/az/view/14737/riard-almeyda-mxitaryanla-eyni-komandada/#sthash.7jvFddFq.dpuf


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR