Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnformatika üzrə elmi-metodiki seminar

İnformatika üzrə elmi-metodiki seminar

Date: 23 December 2015 12:28


Bakı, 23 dekabr, AZƏRTAC 
İnformatika üzrə elmi-metodiki seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislərin qatıldıqları seminarda informatikadan test tapşırıqlarının hazırlanması sahəsində xarici ölkələrin təcrübələrinin öyrənilməsinə həsr olunmuş təqdimat keçirilib.
İştirakçılar nümayiş etdirilən test tapşırıqları ilə bağlı fikir və təkliflərini bildirib, həmin test tapşırıqlarının oxşar variantlarının magistraturaya qəbul imtahanında da istifadə olunmasını məqsədəmüvafiq hesab ediblər.
Sonra seminarın rəhbəri, BDU-nun dosenti R.Mahmudzadə və seminar iştirakçısı N.Umarovanın “Ali təhsil müəssisələrində informatika fənninin tədrisi sahəsində qazanılmış nailiyyətlər və mövcud olan problemlər” mövzusunda çıxışları dinlənilib.

Tags:  İnformatika üzrə elmi-metodiki seminar



RƏYLƏR


Top news