Tərlan Əhmədov planları açıqladı

Tərlan Əhmədov planları açıqladı
12:32 23 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

“Zirə” ilə oyundan sonra istirahətə yollanan AZAL-ın qış hazırlıq planları dəqiqləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov hazırlıq proqramını dünən rəhbərliyə təqdim edib. 

3 mərhələdən ibarət təlim proqramına əsasən məşqlər gələn il yanvarın 5-də bərpa olunacaq. İlk gündə tibbi baxışdan keçiriləcək komandanın üzvləri ayın 6-da meydançaya çıxacaq. Birinci mərhələ yanvarın 10-da yoldaşlıq görüşü ilə yekunlaşacaq. 

11-24 yanvar aralıgında isə növbəti təlim-məşq toplanışına start veriləcək. Bu müddət ərzində məşqlərlə yanaşı, ən azı 4 yoxlama oyunu da keçiriləcək. Artıq rəqiblərin axtarışına başlanılıb. Çox güman AZAL hazırlıq dövründə ölkə xaricinə yollanmayacaq “Kəpəz”lə iki oyunda üz-üzə gələcək. Klublar arasında ilkin danışıqlar aparılır və bunun nəticəsindən asılı olaraq oyun tarixləri müəyyənləşəcək. Əgər “Sumqayıt” və “Rəvan” kimi elita klubları da Bakıda qalsa, onda bu sınaqçı-rəqiblərə də müraciət olunacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-trlan-hmdov-planlar-acqlad-t46359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR