Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rauf Mirqədirov məhkəmədən vaxt istədi

Rauf Mirqədirov məhkəmədən vaxt istədi

Date: 23 December 2015 12:36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. ANS PRESS-in məlumatına görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib.
R.Mirqədirovun vəkili Fuad Ağayev hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib.

Daha sonra Rauf Mirqədirov çıxış edərək son söz deməyə hazırlaşmaq üçün vaxt istədi.

Növbəti məhkəmə prosesi dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il, aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. R.Mirqədirov Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Tags:  Rauf Mirqədirov məhkəmədən vaxt istədi


RƏYLƏR


Top news