Azərbaycanda idxal məhsulları azalacaq

Azərbaycanda idxal məhsulları azalacaq
12:38 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda baş verən devalvasiya nəticəsində istehlakdakı idxal mallarının çəkisi azalacaq.

Bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.

Ə.Muradov bildirib ki, devalvasiya nəticəsində milli pul vahidinin ucuzlaşması yerli istehsala əlavə stimullar yaradır: “İdxal malları isə bahalıdır. Düşünürəm ki, idxal azalacaq. İdxalın azalması qiymət artımına qarşı bir sədd, avtomatik bir requlyatyor olacaq”.

Mütəxəssisin fikrincə, avro və dolların manata nisbətən məzənnəsinin artması nəticəsində bahalaşmaya əsas səbəbi istehlakımızdakı idxal mallarının çəkisinin çoxluğudur: “Daxili bazarın qorunması üçün hökumətin əlində kifayət qədər ciddi alətlər var. Düşünürəm ki, ilkin mərhələdə bu məsələyə baxıla bilər. Xüsusilə daxili bazarın istehlaka müsbət təsir göstərə bilən, istehlakda payı çox olan sahələrin inkişafını stimullaşdırmaq üçün onlara rəqib xarici məhsulların idxalının məhdudlaşdırılması məsələsinə baxıla bilər. Şübhəsiz ki, yerli istehsalın stimullaşdırılması üçün iqtisadi siyasətin bütün alətləri - həm fiskal, həm monetar, həm antiinhisar siyasət hökumətə imkan verəcək ki, Azərbaycan iqtisadiyyatının müsbət trayektoriyadan kənarlaşdırılmasına imkan verməsin”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2473033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR