​İstanbulda hava limanında baş verən partlayış nəticəsində yaralananlardan biri ölüb

12:47 23 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb .
Partlayış nəticəsində hava limanında çalışan təmizlik şirkəti işçiləri Canan Çelik Burgucu (33 yaş) əlindən, Zəhra Yamac (30) isə kəllə nahiyəsindən yaralanmışdı. Onlar xəstəxanaya yerləşdirilsə də, Zəhra Yamac aldığı zədədən həyatını itirib.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Hava limanına gedən yollarda hərkət edən avtomobillərdə yoxlama aparılır. Əməliyyata polis helikopterləri havadan dəstək verir.
Hadisənin baş verməsinin səbəbləri araşdırılır.
Hava limanının rəhbərliyi isə uçuşların qrafikə uyğun davam etdiyi haqda bəyanat verib.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun "Sabiha Gökçen" beynəlxalq hava limanında partlayış baş verib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-stanbulda-hava-limaninda-bas-veren-partlayis-neticesinde-yaralananlardan-biri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR