Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Allah mənə övlad qismət etmədi" - video

"Allah mənə övlad qismət etmədi" -  video

Date: 23 December 2015 12:51

Müğənni İlahə Fəda şəxsi həyatı ilə bağlı etiraflar edib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Onlar”a açıqlamasında ikinci dəfə ailə qurmayacağını deyib:

“İkinci dəfə ailə qurmaq haqda düşünmürəm. O kitabı bağlamışam. Övladım olmayacaqsa, niyə ailə qurum? Allah mənə övlad qismət etmədi. Niyə Allahın mənə yazdığına qarşı çıxıb, övladlığa uşaq götürüm ki? Ölərəm, başıma nəsə gələr, uşaq tək qalar”.

İ.Fəda sənət aləmində bəzi ifaçıları qeyri-peşəkar adlandırıb:

“Oxuya bilməyənlər bütün kanalları zəbt ediblər. İmkan verin biz də çıxaq da. Bilmirsən mahnı haradan başlayır, harada bitir. Günah bizim özümüzdədir. Yarada bilmiriksə, dahilərin bizim üçün qoyub getdiklərini yaşadaq”.


Tags:  Allah mənə övlad qismət etmədi video

RƏYLƏR


Top news