Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kulevi terminalından yeni məhsul daşınmağa başlanıb

Date: 23 December 2015 12:52

"Report" Kulevi neft terminalının saytına istinadən xəbər verir ki, bu, texniki butan adlı məhsuldur.
Artıq ilk yük "Power S" gəmisinə yüklənib. Qeyd olunub ki, bu yeni addım terminalın qlobal neft bazarında daha vacib oyunçulardan biri olmasına imkan yaradacaq.
Qeyd edək ki, indiyədək Kulevi terminalı nəzdindəki LPG terminalı vasitəsilə propilen və butilen-butadiyen fraksiyaları daşınıb. LPG terminalı 2012-ci ildə istifadəyə verilib.
Xatırladaq ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin may ayında istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.

Tags:  Kulevi terminalından yeni məhsul daşınmağa başlanıb


RƏYLƏR


Top news