Azərbaycanda ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 100-dür

12:52 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan “HotelStars Criteria 2010-2014” uyğun hazırlanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir.
Şəffaflığın artırılması məqsədilə və yeni texnologiyalardan istifadə etməklə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqramla təchiz olunmuş elektron cihaz vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
2015-ci il ərzində 57 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilib. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 100-dür. Onların 68-i Bakı şəhərində, 32-i isə respublikanın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 25-i beş ulduz, 53-ü dörd ulduz, 20-i üç ulduz, 2-i isə iki ulduz kateqoriyasına uyğundur.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/ulduz-derecesi-quvvede-olan-mehmanxanalarin-sayi-100-dur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR