Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyəyə hücum etdilər ( VİDEO)

Türkiyəyə hücum etdilər ( VİDEO)

Date: 23 December 2015 13:01

Beynəlxalq haker qruplaşması Anonimus Türkiyəni İŞİD-ə dəstək verməkdə günahlandıraraq ona qarşı müharibə elan edib.

ANS PRESS-in məlumatına görə bir neçə gündür Türkiyəyə məxsus 40 minə yaxın sayta edilən haker hücumlarını Anonimus öz üzərinə götürüb.

Onlar internetdə yerləşdirdikləri videoda Türkiyəni İŞİD-i dəstəkləməkdə, ondan neft almaqda və öz xəstəxanalarında İŞİD əsgərlərini müalicə etməkdə günahlandırıb.

Sonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan İŞİD-ə kömək etməkdən əl çəkməsini tələb ediblər. Onlar bildiri 2blər ki, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Türkiyəyə məxsus bank, dövlət qurumları, hərbi strukturların, hava limanlarının və bütün Türkiyə İnternet şəbəkəsinə hücmlarını davam etdirəcəklər.

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın guya Türkiyənin İŞİD terror qruplaşmasından neft alması iddilarını cavablandırarkən bildirib ki, ”Türkiyənin onlardan neft alması iddiları sübuta yetirilməlidir. Bu ölkəyə heç kimin şər atmağa haqqı yoxdur”.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan


Beynəlxalq xaker təşilatı Anonimus 2003-cü ildə qurulub. Onların idarə orqanları və lideri yoxdur. Haker qruplaşması dünyanın bir çox ölkələrində kiberterror hadisələri törədərək, əsasən müxtəlif ölkələrin dövlət qurumlarının saytlarına hücum edirlər.



Tags:  Türkiyəyə hücum etdilər VİDEO


RƏYLƏR


Top news