"Qəbələ" - "Levski" oyununun tarixi dəqiqləşdi

"Qəbələ" - "Levski" oyununun tarixi dəqiqləşdi
13:05 23 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin gələn ay təlim-məşq toplanışı çərçivəsində "Levski" ilə keçirəcəyi yoxlama görüşünün tarixi məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Türkiyə hazırlığı zamanı bolqarlarla yanvarın 23-də üz-üzə gələcəklər.

Sofiya klubu yanvarın 20-dən fevralın 11-dək Antalyada toplanış keçirməyi planlaşdırır. Məhz bu müddətdə onlar ilk oyunlarını məhz "Qəbələ"yə qarşı keçirəcəklər. "Levski"nin hazırlıq çərçivəsində digər rəqibləri "Vitorul" (Rumıniya), "Domjale" (Sloveniya) və "Volın" (Ukrayna) olacaq.
 
Qeyd edək ki, "Qəbələ" Antayla toplanışı çərçivəsində Polşanın "Poqon" klubu ilə də qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR