Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib

Azərbaycanda şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib

Date: 23 December 2015 13:06

Azərbaycanda şifrənin təhlükəsizlik səviyyəsini müəyyən edən xidmət işə salınıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) "Şifrə təhlükəsizliyi" xidmətini istifadəyə verməsi internet istifadəçilərinin işini asanlaşdırıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, mərkəzin saytında  təqdim olunan bu xidmət vasitəsi ilə hər bir istifadəçi özünün internet məkanda istifadə etdiyi şifrə kombinasiyalarının təhlükəsiz olub-olmadığını yoxlaya bilər.
 
Belə ki, istifadəçi saytda "Şifrə təhlükəsizliyi" bölməsinə daxil olaraq boşluğa şifrəni qeyd edir. Bundan sonra şifrənin mürəkkəbliyinin hansı səviyyədə olması yazı şəklində və faizlə göstərilir.
 
CAHANGİR
 


Tags:  Azərbaycanda şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib


RƏYLƏR


Top news