Vergilər Nazirliyi Rəqsanəni cərimələdi - 104 min manat

Vergilər Nazirliyi Rəqsanəni cərimələdi -  104 min manat
13:06 23 Dekabr 2015
32 Şou
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi müğənni Rəqsanə İsmayılovaya 104 min manat borc yazıb.

Axşam.az-ın məlumatına görə, bu barədə Lent.az-a müğənninin özü məlumat verib. O, bildirib ki, bu cərimə 3 ay ərzində yazılıb:

“Hazırda Moskvadayam. Vergilər Nazirliyi tərəfindən 3 aya 104 min cərimə olunmuşam. Bütün məsələlərlə vəkilim məşğul olur. Vəkilimin araşdırması yekunlaşandan sonra mətbuata açıqlama verəcəyəm”.

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyi şou-biznesin bir çox tanınmış nümayəndəsinin vergi borcu ilə bağlı məlumat yayıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR