Nazirliyin cərimələdiyi müğənnilər danışdı: "...etiraz edirəm"

Nazirliyin cərimələdiyi müğənnilər danışdı: "...etiraz edirəm"
13:09 23 Dekabr 2015
37 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün Vergilər Nazirliliyi vergi borcu olan şou-biznes nümayəndələrinin  siyahısını açıqlayıb. Lent.az cərimələnən bir neçə məşhuru danışdırıb. Onların bəzisi cəriməylə razılaşdıqlarını desələr də, etiraz edənləri də olub.  

 

“Şeron” qrupunun solisti Ülvi Cəfərov: “Biz 2008-ci ildən bəri Şeron MMC-nin bağlamışıq. O ildən bəri qrupun hər bir üzvi fərdi şəkildə vergisini ödəyir. İndi bilmirəm ki, niyə bizim adımız o siyahıdadır? Qrupumuz üçün konkret hansı məbləğdə cərimə kəsilməsindən isə xəbərimiz yoxdur. Bununla bağlı Vergilər Nazirliyinə sorğu göndərmişik. Bizim borcumuz sıfır göstərir. Amma adımızın o siyahıya niyə düşməsini isə anlaya bilmirik”.

 

Müğənni Sevinc Musayeva: “Vergilər Nazirliyindən dəfələrlə evə zəng vurublar, amma mən evdə olmamışam. Dünən eşitdim ki, məni də cərimələyiblər. Bir çoxları bilir ki, artıq 8 aydır, Bakıda yoxam. Bir ilə yaxındır ki, efirlərdən də uzağam. Amma anlaya bilmirəm ki, bu cəriməni nəyə əsasən mənə kəsiblər? Mən 10 minlik maşın sürürəm, yəqin ona baxıb, cərimə kəsiblər. Amma mən nümunəvi vergi ödəyicisiyəm ildə 4 dəfə 50-100 manat ödəyirəm. Dekabrın 25-də Bakıya qayıdıram, gələn kimi gedəcəm Vergilər Nazirliyinə, araşdıracağam. Soruşacağam ki, cərimə nəyə əsasəndir? Bu il demək olar ki, toylara da getməmişəm. Təklif edirəm ki, gün təyin edək, şou-biznesdə bir çox müğənnilər bir araya yığılsın. Həmin gün də Vergilər Nazirliyindən də bir nümayəndə gəlsin və bu məsələni tam araşdıraq. Bəlkə mən az və ya çox cərimə ödəyirəm? Hər bir vətəndaş vergi ödəməlidir. Amma qazancıma uyğun vergi müəyyənləşdirilməlidir. Hazırkı cəriməyə etiraz edirəm”.  

 

Müğənni Ayaz Qasımov: “Nə qədər cərimə olunduğumu bilmirəm. Amma qanun hamı üçün qanundur. Nə qədər cərimə kəsilibsə, ödəyəcəyəm”.

 

Müğənni Emil Bədəlov: “2011-ci ildə Azərbaycanı tərk etdiyimə görə, VÖEN-imi bağlatdırmışdım. Amma 2012-də yenidən açdırdım. Həmin gündən vergimi ödəyirəm. Nə qədər cərimə olunduğumu bilmirəm. Amma onu bilirəm ki, cəriməm 2015-ci ilin cəriməsidir. Dekabrın 25-də Vergilər Nazirliyinə müraciət ediləcək və cəriməmi ödəyəcəyəm”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR