Fərdi jurnalist yazı müsabiqələrinin qalibləri mükafatlandırılıb

Fərdi jurnalist yazı müsabiqələrinin qalibləri  mükafatlandırılıb
13:18 23 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən fərdi jurnalist yazı müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasimdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli çıxış edərək müsabiqənin keçirilməsi barədə məlumat verib.

O qeyd edib ki, müsabiqəyə 156 yazı verilib: "Müsabiqə 60 KİV-i əhatə edir. Biz müsabiqəyə göndərilən və qalib olan yazıları kitab şəkilində çap etmişik. "Sözün Zirvəsində" adlanan kitabda 100 yazı toplanıb. Bu ənənə bundan sonra da dvam etdiriləcək. Yazılar 12 ekspert tərəfindən qiymətləndirib. Qiymətləndirmə nəticəsi olaraq 113 qalib müəyyənləşib. Sevindirici hal ondan ibarətdir ki, bu dəfə müsabiqəyə regionlardan da yazılar göndərilib".

Sonra tədbirdə iştirak edən ekspert, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli yazılardakı bəzi nöqsanlara toxunub. Jurnalistləri qarşıdakı müsabiqələrdə daha diqqətli olmağa çağıran M.Ələsgərli onu da qeyd edib ki, bu il müsabiqəyə göndərilən yazılarda xeyli irəliləyiş var.

Sonra çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatın Amaşov müsabiqənin keçrilməsinin vacibliyini vurğulayıb. Jurnalistikanın incəliklərindən danışan Ə.Amaşov qarşıdakı müsabiqələrdə jurnalistlərə uğurlar arzulayıb.

Sonra jurnalistlərin mükafatlandırma mərasimi başlayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR