Dünyasını dəyişən Azərbaycan çempionunun anasından son xahişi

Dünyasını dəyişən Azərbaycan çempionunun anasından son xahişi
13:22 23 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Bazar günü gecəyarısı telefonla söhbət etdik. Mənə dedi ki, oğlu Aleks Rusiyadan, özü isə Polşadan Serbiyaya qayıdır və bir yerdə olacaqlar. Onlar ailəvi olaraq Kralevoya gəlməyi planlaşdırırdılar".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu dünən dünyasını dəyişən Azərbaycan çempion Dejan Brdjoviçin anası Lyubinka Brdjoviç deyib.

Oğlu ilə bağlı son xatirələrini danışan ana Brdjoviç onun son xahişinin nədən ibarət olduğunu açıqlayıb. Brdjoviç uşaqlıq illərində olduğu kimi, anasının hazırladığı təamları bir daha dadmaq istəyib: "Məndən xahiş etdi ki, ev çörəyi bişirim. Lakin sağlamlığında hansısa problemin olması barədə heç bir söz demədi. Bəlkə də bunu məndən gizlətdi. Artıq yeganə oğlum yoxdur. O, çox əziyyət çəkib və bir çox məsələlərdə susub. Bunlar oğluma mane olurdu. Dejan isə başqalarını narahat etmək istəmirdi. Bir neçə dəfə onun dostları ilə barda necə vaxt keçirdiyinin şahidi olmuşam. Həmişə gülümsəyirdi, hətta çox danışmırdı da. Sonuncu dəfə biz bir neçə ay əvvəl görüşmüşdük. Oğlumu qucaqlayıb öpmək istədiyim bir vaxtda itirdim. Artıq Dejanım yoxdur".
 
Bir gün öncə vəfat edən Dejan Brdjoviç bu gün yerli vaxtla saat 13:00-da Kralevoda dəfn olunacaq.
 
Qeyd edək ki, Brdjoviç 2011-ci ildə artıq fəaliyyətini dayandıran "Rabitə"ni Azərbaycan çempionu etməklə yanaşı, Çempionlar Liqasının finalına yüksəltmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR