Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ İMTİNA ETDİ: işğal altındakı torpaqlarımıza maliyyə ayrılmayacaq

ABŞ İMTİNA ETDİ: işğal altındakı torpaqlarımıza maliyyə ayrılmayacaq

Date: 23 December 2015 13:24

Ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, bu, baş tutmayıb

 

 

 

ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə "Ümumi təxsisatlar" (ayırmalar) qanunu dekabrın 18-dən qüvvəyə minib.

 

APA-nın məlumatına görə, qanunda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb. ABŞ-dakı erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, bu, baş tutmayıb.

 

Xatırladaq ki, 2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununa Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərilməsini nəzərdə tutan müddəanı daxil etmir. Lakin 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun təxsisatlar qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə edilən bənd olub.


Tags:  ABŞ İMTİNA ETDİ işğal altındakı torpaqlarımıza maliyyə ayrılmayacaq

RƏYLƏR


Top news